Listen

Description

Vusalberg Talk-un 8-ci bölümündə bitkilər barədə danışdıq.   Heç indiyə qədər evdə olan bitkiyə baxıb, "bu hardan gəlib çıxıb" demisən? Tarixi ilə falan maraqlanmısan? Bunları etməmisənsə, narahat olma. Heç biz də araşdırmamışıq. Amma bu söhbətimizdə sözü gedən mövzunu daha da maraqlı etmişik.  Bu bölümdə bitkilərin elmi tərəfini deyil, həyatımızın bir parçası olmasından söhbət etmişik. Bitki deyən də ümumi çıxır. Tam olaraq fokuslandığımız məsələ qapalı məkanlarda olan bitkilərdir.   Ümumiyyətlə, bitkilər necə olub ki, evlərimizdə minuatür halına çevrilib? Bunun tarixi hara gedib çıxır? Bunlardan danışa-danışa kaktusun böyüməsini də qeyd etdim. Qapalı məkan bitkiləri deyərkən ancaq evləri də nəzərdə tutmurduq. Bura ofislər də daxildir. Ofislərdə də bitkilər olur amma bu adət-ənənə nəyə dayanır?   Qısacası, bitkilər haqqında mövzunu daha da maraqlı hala gətirmişik.   Xoş izləmələr :)