Bir zamanlar insanların dostu, onların mesaj çatdıranı, sülh və ümid vəd edən canlısı niyə bugün çöllərdə işsiz qalıb? Hə..... Bilirəm, videonun mövzusunu oxuduğunuz an "nə əlaqə?" demisiniz. Amma məsələ burasındadır ki, bir azca da olsa bir əlaqəsi var. Arada oturub fikirləşmək lazımdır axı. Texnologiya təkcə biz insanlara təsir etmir. Texnologiya heyvanlar aləminin də işini əlindən ala bilir və ya onları lazımsız hala gətirir. Bu podcast mövzumuz isə göyərçinlərin tarixdən bəri insan həyatında olan yeridir. Nə tez unutmuşuq bu canlıları. Çox qısa müddət ərzində təmamilə onların bizim üçün etdiklərini unutduq getdi. İndi dünyanın hər yerində yaşayırlar. Vusalberg Talk-un 9-cu bölümünü göyərçinlərə həsr etdik. Xoş izləmələr :) Dəstək üçün videonu Like edib, Kanala Abunə olmağı unutmayın :)