Bu dəfə qonağım Şəmsi Tağıyev oldu. Şəmsi qrup yoldaşımdır və onunla İncəsənət universitetində (ADMİU) tanış olmuşuq. Şəmsi ABŞ höküməti tərəfindən maliyyələşdirilən UGRAD programı vasitəsilə Minnesota Dövlət Universitetində 1 semestrlik təhsil şansı qazanıb və biz podkastı yazan zaman artıq 5 aydır ki, orada təhsil alır. Yaxşı biz burda nədən danışdıq? Əlbəttə ki, ABŞ-da təhsil, ordakı təhsilin ADMİU-da olan təhsillə fərqləri və sair məsələlər.