“Texnobaz” verilişinin bu dəfəki efirində “Video bloqçuluq” mövzusunu müzakirə etdik. Qonaqlarımız video bloqçu Aynur Hüseynova və Hüseyn Hüseynzadə oldu. Veriliş ərzində video bloqçuluq, onun istiqamətləri və hazırlama üsullarından danışıldı və mövzu ilə bağlı dinləyicilərin sualları cavablandırıldı.