Deyir qardaşım ki, gəl burda döyüş
Deyir peyğəmbər ki, ən böyük döyüş içindəkidir
Deyir Allah ki sən tərpən sənə nə gəlir məndən, nə gəlir əldən..
Bərəkət.. sən iki rəkat, mən sənə iki qat..
Təki sən yaşa - yarat !!!
Verse1
Kim nə deyir özü eşidir.. hərənin yolu ayrı
Azadlığı sevən ruhuma görmə çox bayırı
Mən başımda torba yol ayrıcında da ayılıb
Evə tək çatdım ac qarnım əllər daldan bağlı
Ev... yol oldu özümü oddan alova atdım
Berlin? bura Bakı mənə hər gəzdiyim addım
Passoportu satdım və hər şeydən daddım..
Ama dostları və qardaşları hər zaman ucaltdım
Chorus
Bu nə hal.. brat.. bu nə hilə..
Aramızda ola bilməz bizim heçbi pillə..
Ürəyimiz bir, baxma ayrı keçir illər
Keç bu yana aç qandallarını məftillə
Verse2
Həyat döyüş oldu, yaxınlarımı itirdim
Ölmək elə həyətdaykən də ola bilirmiş, bilirdin?
Öldüm mən də, yaşadığım hər gün
Məzarım Xəzər mənim, başdaşımsa Nargin..
Kəllələr kəllələr Bakını qoyub getdilər
Buraxma göt-göt şayələr, Güllələ bizi güllələ
Güllələnmiş şairlərə türbələr türbələr
Haqqımızı sən bilmə, göylər bi də yer bilər
Sinifə qarşı sinif məhləyə qarşı məhlə
Baxçadan son zəngə kimi keçdiy hər zibildən sənlə
Dinlə sənə trek yazdım olsan da çöldə
Məndən sənə zərər gəlməz sən özüvü gözlə
Ağzına alıb su hamı lal sussa da
Qan damar gözlərivə yan baxma ustada
Yandıraram rep dəftərini öz əllərimlə
Dəyəcəksə əgər buna görə sənə şillə
Verse3
Yol aldım, yar aldım, sevdim, sevilib çoxaldım,
Yolda çıxan təhlükələrdən qorxmadan, gözünə baxıb yalanın
Qaşıdın illər keçmiş yaramı, qan aldı.. gözüm qaraldı..
Yeridim yorulub qaranlıq durdurdu davamı
Adamam səhərlərim qayqanaq axşamlarım acılı adana
Növbəyə durar adamlar qardaş olsunlar qaqana
Yalandı yalan de, halaldı anama
Bizi çıxardıb Razində 7-dən gör indi haralar
A bala, atama arada baş çək, avara,
Mehdiabaddan uzaq düşmə, baş daşlarını sığalla
Məlikməmmədin nağılında, Koroğlu dastanında
Balaca qardaş igid olub, ayrı düşmə dəstəndən
(Gə başdıyaq təzdəndən..)
-
Lyrics: Jamal Ali
Music: CXWBOY - Arachdrill
Produced by: Emilija Fijalkauskaite