Hamının cibində var
Rəngli kağızlar
Hamı istəyir yenə
Rəngli kağızlar
Evdə balalar açıb yekə ağızlar
Hər ağıza lazımdı
Rəngli kağızlar
Verse 1
Hörmətli oğlanlar, hörmətli qızlar
Açın əllərivizi yağsın kağızlar
Kimə bir az çox düşür, kimə azından
Həll eliyin öz aravızda
Ola bilmədim yanızda
Qalıbmı məndən nəsə yadınızda?
Yarpaqlar tökülür yenə payızda
Hamıya lazımdı rəngli kağızlar
Verse 2
Bu sehrdi yoxsa nədi
Zəhərləməzki özü məni?
Qorxuram axırda olsun hamı dəli..
Qaçırdır yuxumu rəngli kağızlar
3-5 atışsaq aramızda
Çatar kəlbə hər manısa
Uşaqlar böyüyüb indi süd yox pul lazım
1 dənə qız işçi qüvvəsi 7 oğul lazım
Qışda qar yazda taxıl lazım
Bunları eləməyə də ağıl lazım
Verse 3
Rəngli kağızlar hammızın xilası
Çıxartsın yalançılar zərli libasın
95 kaloridi 1 almada enerji
Ürəyin istəyir denən Jamal alsın
Yox qalsın, 6000 rəkatım
Allah qəbul eləsin, fitrəsin zəkatın
Bular hamısı puldu,
Və hamı buna quldu
İstəyirsən peyğəmbər ol, istəyirsən quldur
-
Lyrics: Jamal Ali
Music: My Soul - The Cancel
Produced by: Jamal Ali