Listen

Description

Ceyhun Qala - Tünd Şərab / Sözləri / Lyrics
Söz/Mus: Samir Quliyev
Aranj: Rəşad Hüseynov
PR menecer: Orxan Abbasov

Sözləri:
Yuxu gördüm ey,
Yozmadılar, yozmadılar...
Sözüm bitdi ey,
Doymadılar, doymadılar...

İtirdiyimi bu dünyada,
İtirdiyimi bu dünyada,
Axtarmağa qoymadılar...
Axtarmağa qoymadılar...
Qoymadılar...

Gecə düşmüş qaranlıq,
Sabahı axtarıram...
Dörd bir yanım dalanlıq,
Qapımı axtarıram...

Heç bilmirəm nədəndir?
Yar da, tərk edib məni...

Öz başımı tutmağa,
Əlimi axtarıram...

Gəl ki, dodaqların qədəhim olsun...
Bir tünd şərab kimi bitirim səni...

Alıb apardıqların hey,
Halalın olsun...

Onsuzda öldürər,
Bu haram məni...