Elnur Məmmədov - Muradım / Sözləri / Lyrics
Söz: Aqşin Ferat
Mus: Tahir Abdullayev
Sözləri:
Bir an belə olsan üzgün,
Səni üzgün görməmək üçün...
Çəkərəm nazını mən hər gün,
Yetər ki, gülsün üzün...
Səni ürəyim istədi, arzuladı...
Sənsiz həyatımın yoxdur dadı...
Xoş gəldin ömrümə mənim arzum, muradım,
Ürəyimin tək sahibi həyatım, muradım...
Hər gün hara baxsam sənsən,
Təkcə gözümə sən görünürsən...
Acıram gözümü mən hər gün,
Səni görmək üçün...
Səni ürəyim istədi, arzuladı...
Sənsiz həyatımın yoxdur dadı...
Xoş gəldin ömrümə mənim arzum, muradım,
Ürəyimin tək sahibi həyatım, muradım...