Namiq Qaraçuxurlu - Şəkərim
Söz: Namiq Qaraçuxurlu, Elvin Mehmanlı
Mus: Elvin Mehmanlı
Aranj: Taleh Ağayev
Sözləri:
Naz elə çəkməyə nazın o qədər var həvəsim,
Bir gülüş bəxş eləsən ömrümə qurbanmı kəsim
Açıram qollarımı gözləyirəm sən gələsən
Gəlişin nazlıdır nazın mənə xoşdur deyəsən
Gül üzün güləndə sanki gül açır hər yanda,
Gülərəm qəmli də olsan təki daim güləsən...
Gəl, səni öpüm-öpüm yanağından şəkərim,
Danış ki, bal süzülür dodağından şəkərim...
Səvmə ixtiyarsızdı bu qaşları bu gözləri,
Vurulur hətda sənə gözəllərin gözləri...
Sənin haqqında danışmaq özü bir ahəngdir,
Sən özün yazırsan bu müsiqini, bu sözləri...
Gəl, səni öpüm-öpüm yanağından şəkərim,
Danış ki, bal süzülür dodağından şəkərim...
Üşüyərkən nəfəsin verdi mənə hərarəti,
Sən mənim taleyimin çox dəyərli əmanəti
Sən uzaqdan görünərkən məni bihuş eliyir,
Sənin o telli-telli tellərinin təravəti...
Gəl, səni öpüm-öpüm yanağından şəkərim,
Danış ki, bal süzülür dodağından şəkərim...