Listen

Description

Xatun - Nəzər dəyməsin / Sözləri / Lyrics
Söz/Musiqi: Hatəm Nəbioğlu
Aranjiman: Nurlan Hatəmoğlu

Sözləri:
Gəlinə bax, ay gəlinə,
Əlin qoyubdur belinə,
Xına yaxıbdır əlinə,
Nəzər dəyməsin...

Toyunuz mübarək olsun,
Bütün subaylara qismət,
Belə bir toy nəsib olsun...

Həyatda gözəl nə varsa,
Deyək bəy, gəlinə
Qoy onların qisməti olsun...

Gəlinə bax, sən gəlinə,
Əlin qoyubdur belinə,
Xına yaxıbdır əlinə,
Nəzər dəyməsin...

Qalxın oynayın qudalar,
İnşallah ki, bir gün olar
Nəvə, nəticə bol olar,
Nəzər dəyməsin...

Oyna, oyna, sən də oyna
Sevincli gündür...
Durma, oyna, sən də oyna
Gözəl düyündür...

Toyunuz mübarək olsun,
Arzular qöncə, gül olsun
Nə saralsın, nə də solsun...

Həyatda gözəl nə varsa,
Bir şirin körpə sədası,
Tanrının töhvəsi olsun...

Gəlinə bax, sən gəlinə,
Əlin qoyubdur belinə,
Xına yaxıbdır əlinə,
Nəzər dəyməsin...

Qalxın oynayın qudalar,
İnşallah ki, bir gün olar
Nəvə, nəticə bol olar,
Nəzər dəyməsin...

Oyna, oyna, sən də oyna
Sevincli gündür...
Durma, oyna, sən də oyna
Gözəl düyündür...