İnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar.
Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələrə üz tuturlar?
Bütün hüquq tələbələrini və hüquqa hazırlaşan gəncləri yeni epizodumuzu dinləməyə dəvət edirik.
Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi baxış gətirə bilək.