"Sənətin səsi" verilişində Əməkdar müəllim, xanəndə Qəzənfər Abbasov və xanəndə Nasir Ətapur ilə Xalq artisti, muğam ustadı Arif Babayevin zəngin yaradıcılığına nəzər saldıq. Onun muğam sənətinə verdiyi əvəzsiz töhfələrdən, sənətkar kimi yetişdirdiyi nəsillərdən, milli musiqimizin təbliğindəki misilsiz rolundan danışdıq. Eyni zamanda, ustadla bağlı xatirələri yada saldıq.