podcast
details
.com
Print
Share
Look for any podcast host, guest or anyone
Search
Showing episodes and shows of
FEMMEKAN
Shows
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Feminizmi anlamaq üçün 11 kitab
“Femmekan” podkastlarının növbəti epizodunda qadın haqları uğrunda mübarizənin önəmini, varlığını və dəyərini görməyimizə kömək edən 11 kitabdan danışacağıq.
2024-04-01
28 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Feministlərin 2024-cü ildən gözləntiləri nələrdir?
“Femmekan”ın növbəti epizodunda müstəqil tədqiqatçı Əfsanə Tahirova və iqtisadçı Fərid Mehralızadənin şərhləri ilə bərabər 2024-cü ildə qadın haqları mövzusunda hansı problemlər üzərində çalışmaq lazımdır - məhz bundan danışmışıq. Eyni zamanda 2024-cü il üçün qadınlar və qadın haqları müdafiəçilərinin tələbləri, gözləntiləri, istəkləri nədir, qadınların daha firəvan yaşayışı üçün qarşımızdakı ildə hansı məqsədlər var? - bu sualların cavablarını da axtarmağa çalışmışıq.
2024-02-26
20 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | İqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu
“Femmekan”ın növbəti epizodunda iqlim dəyişikliyinin qadınlara təsiri və onların bu prosesdəki rolu haqqında danışdıq. Epizod ərzində “Chicks for Climate” təşəbbüsünün qurucusu, “Planeti xilas etməyin 365 yolu: dayanıqlı həyat tərzi üçün günlük bələdçi" kitabının yazıçısı Nərgiz De Baere-ın da fikirləri yer alıb. Niyə iqlim dəyişikliyindən danışarkən bunun qadınlara olan təsirini xüsusi vurğulamaq ehtiyacı hiss etdik? Bu haqda daha ətraflı podkastımızı dinləyərək öyrənin.
2024-01-29
13 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Korporativ mühitdə qadınlar & qadın liderlər
“Femmekan”ın növbəti podkast epizodunda mövzumuz korporativ mühitdə qadınların yaşadığı çətinliklər, üzləşdiyi diskriminasiyadır. “DigiMark” reklam agentliyinin direktoru Nigar Abbasova qonağımız olaraq mövzunu daha yaxşı öyrənməyimizə kömək edib.
2023-10-26
21 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Qadınlar kişilərdən daha emosionaldır?
Emosiyaların səbəbini cinslərdə axtarmaq patriarxal cəmiyyətin buraxdığı izlərdən biridir. Qadınların böyümə çağlarında ətrafa qarşı güvənsizliyinin artması, yaxud ailəsi tərəfindən bu güvənsizliyin aşılanması ilə yaranan müəyyən emosiyalar yetkinlik dövrlərində “çox emosionalsan” adı altında bir tənqid kimi onlarla üzləşməyə başlayır. Femsöhbətlər podkastının bu dəfəki epizodunda mövzumuz məhz budur. Qadınlar kişilərdən daha emosionaldır? Bu mif bizim həyatımıza niyə bu qədər təsir edir? Haqlarını tələb edən...
2022-11-25
09 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Toksik maskulinlik və toksik feminenlik nədir
Yeni Cənubi Uels Universitetinin elmi işçisi və dosent Maykl Solter (Michael Salter) “The Atlantic” jurnalı üçün yazır: “Son bir neçə il ərzində toksik maskulinlik kişilərin törətdiyi zorakılıqları izah etmək üçün cəlbedici bir terminə çevrilib”. Yəqin ki, “TikTok” trendlərindən tutmuş, xarici şoulara, “Instagram” alqoritminin dərinliklərindən bizə ötürülən “toksik maskulinlik” sözü ilə qarşılaşmısınız. Bu terminin təhlili və açıqlaması dünyanın inkişaf etmiş ölkələrində daha əlçatımlı olsa da, ölkəmizdə toksik maskulinlik sözünü daha da açmağa, səbəblərini və nəticələri...
2022-10-17
13 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Təcavüz hallarının azalmasında feminizmin rolu
Uzun aradan sonra yenidən yeni epizodla qayıtdığımız “Femsöhbətlər”də bu dəfə təcavüz hallarının azalmasında feminizmin rolu haqqında danışacağıq. Burada ümumi statistikalardan, Azərbaycanda təcavüz hadisələrinin bu günkü gündəmindən, ən son yerli statistikadan və Azərbaycanda feminist aktivizmin təcavüz hadisələrinə qarşı mübarizəsindən söz açmışıq.
2022-08-22
14 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR | Qadınlar nə qədər həmrəydir? Sisterhood nədir?
“Sisterhood” hərfi tərcüməsi ilə “bacılıq”, başqa bir deyişlə isə “qadın həmrəyliyi” ikinci dalğa feminizminin əsas xüsusiyyətlərindən biridir. “Qadın həmrəyliyi” bir məfhum kimi, kollektiv birlik və məqsəd hissini təmin etməklə yanaşı, həm də feminist hərəkatı həmrəyliyini nümayiş etdirir. “Qadınlar yaradılış gərəyi ilə rəqabətcil, qeybətcil, qısqanc və paxıldırlar” – bu ifadəni o qədər eşitmişik ki! Seksist tanışlarımız, dünyanı kişi nəzərindən görən həmcinslərimiz, m...
2022-03-11
10 min
FEMSÖHBƏTLƏR
Femsöhbətlər | Kişilər feminist ola bilər? Pro-feminizm nədir?
Feminizm təkcə qadın hekayələrini eşitmək deyil, həm də gender münasibətlərinin strukturunu dəyişdirmək və patriarxatın yanlış ənənələrini aradan qaldırmaq üçün hərəkət etməkdir. Feminizm müəyyən mənada kişilərin azadlıq və haqlarına toxunur. Onları hiper, toksik maskulinizmdən və patriarxatın onların üzərinə yüklədiyi mənalardan uzaqlaşmağa səsləyir. Buna görə də kişilərin pro-feminist olması, qadınların mübarizəsinə dəstək verməsi xüsusi önəm daşıyır. 11-ci podkast epizodumuzda...
2022-02-15
11 min
FEMSÖHBƏTLƏR
Femsöhbətlər | Müasir feminizmin qarşılaşdığı əsas problemlər
Feminizmin qarşısına qoyduğu məqsədlər, mübarizə apardığı nüanslar haqqında əvvəlki Femmekan podkastlarında uzun-uzun danışmışıq. Onların arasında feminizm haqqında yaranmış səhv fikirlərin təhlili də mövcuddur. 10-cu podkast epizodumuzda isə müasir feminizmin qarşılaşdığı əsas problemlərin bir neçəsindən danışmışıq.
2022-01-21
09 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Cinsi fərqlər və stereotiplər
FEMSÖHBƏTLƏR - Cinsi fərqlər və stereotiplər Femmekanın növbəti podkastında hər birinizi xoş gördük. Bu dəfəki podkast mövzumuz gender stereotipləridir. Sadə mövzulardan biri olan bu mövzunu seçməyimizin əsas səbəbi anlaşılmayan məsələləri işıqlandırmaqdır. Bəzi insanlar düşünür ki, insanın cinsi onun bacarıq və maraqlarını öyrənmək üçün uyğun üsuldur. Yəni məsələn, qarşınızdakı insanın qadın olmağı, sizcə, sizə imkan verirmi ki onun yaxşı yemək bi...
2021-12-28
08 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Azərbaycanda Film Festivallarının Qadın Siması
FEMSÖHBƏTLƏR - Azərbaycanda Film Festivallarının Qadın Siması Bakıdan kənarda - regionlarda yaşayan gənclərin film izləmə və təhlil etmə bacarıqlarının inkişafına fokuslanan bu film festivalını digərlərindən fərqləndirən nədir? “Kənardakılar” layihəsi qadınları necə öz ətrafında toplaşdırır? “Mən Bahara Layiqəm” şüarı özündə nəyi ehtiva edir? Bütün bunlar haqqında “Femmekan”ın 9-cu epizodunda öyrənə biləcəksiniz.
2021-12-28
27 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur?
FEMSÖHBƏTLƏR - Gender stereotipləri ədəbiyyatda necə təcəssüm olunur? “Femmekan”ın 8-ci epizodunda nağıllarımızda, ədəbiyyat nümunələrimizdə və dərsliklərimizdə əks olunan gender stereotiplərindən danışmışıq. Epizodumuz tərkibində Aygün Dadaşovanın 5-9-cu sinif ədəbiyyat dərsliklərini təhlil etdiyi magistr tezisi haqqında məlumat alacaqsınız. Eyni zamanda “Audio Nağıllar” layihəsində nağıllar səsləndirərək valideyn və uşaqların sevimlisinə çevrilən Şəbnəm Həsənəlizadə, həm də “Evaparkinson” ləqəbi ilə bukbloqundan minlərlə insana səsl...
2021-12-28
45 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları
FEMSÖHBƏTLƏR | Regiondakı Qızların Təhsil və Sosial Həyat Arzuları Femmekanın yeni podkastında kənd mühitində böyüyüb təhsil alma şansını əldə edən Sehran Qurbanzadə və feminist aktivist Vəfa Rüstəm rayonlarda məktəblərin şəraitindən, kənd camaatının feministlərə qarşı qərəzli yanaşmasından danışıblar.
2021-12-28
35 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist fanzinlərə maraq
FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist fanzinlərə maraq | Femiskop Bu dəfə Femmekan feminizmi cəmiyyətə başa salmağa çalışan alternativlərə işıq tutub. Bu alternativ üsullardan biri fanzinlərdir. “Femiskop” feminist platformasının hazırladığı fanzinlər isə öz unikallıqları ilə seçilirlər. 6-cı podkastımızda “Femiskop” üzvlərindən soruşduq, fanzin nədir, feminist fanzin kimə xitab edir, Azərbaycanda fanzinlərin inkişafı üçün nələr lazımdır?
2021-12-28
28 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Qadınların texnologiyada yeri varmı?
Femsöhbətlər - Qadınların texnologiyada yeri varmı? Qadınların texnologiyada yeri var, bu, aydındır, bəs bu yer nədən ibarətdir? Bu gün texnologiya sahəsində qadınlar çətinliklərlə üzləşirlərmi? Üzləşirlərsə, bu çətinliklər nələrdir? Və ən əsası, gələcəkdə bu sahə üzrə işləyən qadınların sayının artması üçün nələr etmək lazımdır? Femmekan podkastlarının 5-ci epizodunda siz bu suallara müəyyən mənada cavab tapacaqsınız. Müsahiblərimiz “Femtech” platfor...
2021-05-12
28 min
FEMSÖHBƏTLƏR
FEMSÖHBƏTLƏR - Azərbaycanda feminist yürüşləri
Femsöhbətlər 2-ci podkast Azərbaycanda günbəgün artan yürüşlər və etiraz aksiyaları sosial əhəmiyyətə sahib olduğu kimi, dünyəvi bir məna da ifadə edir. 8 Mart günü keçirilən yürüşdə nələr baş verdi və baş verməməsi üçün nə etmək olar? Qadın qətlləri niyə siyasidir? Azərbaycanda keçirilən etiraz aksiyaların gələcəyi necə olacaq? Və bu kimi sualların cavabı üçün gender aktivisti Sevgi İsmayılbəyli ilə həmsöhbət olduq. Sevgi İsmayılbəyli söhbət əsnasında...
2021-04-12
21 min